İstifadə Şərtləri

Son yenilənmə tarixi: 01 Aprel 2026

1. Ümumi Müddəalar

"INVITATION.AZ" platformasından istifadə etməklə siz bu şərtlərlə razılaşırsınız. Platforma həm fərdi (B2C), həm də biznes (B2B) istifadəçiləri üçün nəzərdə tutulmuş SaaS xidmətidir.

2. Xidmətin Təsviri

  • Rəqəmsal Dəvətnamə: Multimediya (musiqi, animasiya), xəritə inteqrasiyası və QR-kod giriş sistemi.
  • B2B Panel: Şirkətlər üçün xüsusi subdomain (sirketadi.invitation.az), kredit idarəetməsi və satış kataloqu.
  • AI Funksionallığı: Süni intellekt vasitəsilə mediaların filtrasiyası və avtomatik video montaj xidməti.

3. Ödəniş və Maliyyə

  • Kredit və Balans: B2B istifadəçiləri xidmətlərdən kredit sistemi vasitəsilə istifadə edir.
  • Anlıq Köçürmə: Platforma üzərindən satılan məhsul/bilet ödənişləri birbaşa satıcının bağlı kartına/hesabına köçürülür.
  • Qaytarılma: Rəqəmsal məzmun dərhal aktivləşdiyi üçün ödəniş geri qaytarılmır (Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanununa uyğun olaraq).

4. Məsuliyyət və Qadağalar

Müəllif hüquqlarını pozan, təhqiramiz və ya qanunsuz məzmunların yerləşdirilməsi qadağandır. Platforma üçüncü tərəf xidmətlərinin (WhatsApp, Ödəniş sistemləri) fəaliyyətindəki kəsintilərə görə məsuliyyət daşımır.

Ana Səhifə Paketlər Profil